Avtovağzalın iş qrafikində dəyişiklik edilib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2018
16:16
2030
Avtovağzalın iş qrafikində dəyişiklik edilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.

FaktXəbər-ə daxil olan məlumata görə, martın 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri Avtovağzalın kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə etmək olar.

Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.

Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyi və kollektivi qarşıdan gələn Novruz Bayramı münasibətilə bütün həmvətənlərimizi təbrik edir və xoş istirahət arzulayırlar.

Məqalədə : Avtovağzal 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 02:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com