Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

15 Mart

2018
16:10
3650
Politoloq: Cəbhədəki vəziyyət tufanqabağı sakitlikdir

İl başlayandan bəri  - 2 aydan artıqdır ki, cəbhə zonasında vəziyyət stabilləşib. Əlbəttə, bu yaxşı haldır. Digər tərəfdən, Rusiyada, Ermənistanda, həmçinin Azərbaycanda seçkilər keçiriləcək. Görəsən, bütün bunlar arasında əlaqə varmı?

FaktXeber.com məsələ ilə əlaqədar politoloq Qabil Hüseynlidən münasibət öyrənib.

Sabiq dövlət müşaviri bunlar arasında ciddi əlaqə olduğunu bildirdi: "Seçki prosesləri dünyanın diqqətini bölgəyə cəlb edir, müxtəlif monitorinq qrupları gəlib-gedir, üstəlik, əsas diqqət ölkədaxili proseslərə yönəlir. Zənnimcə, seçki məsələləri cəbhədə atəşkəs rejimini pozulmasının qarşısını alan əsas amillərdən biridir. Yəqin ki, seçkilərdən sonra proseslərdə dəyişilik əmələ gələ bilər. Bu, əvvəlcə danışıqlar prorsesi şəklində özünü göstərəcək, nəticə vermədiyi təqdirdə isə Azərbaycan tərəfi öz ərazi bütövlüyünü təmin etmək üçün əlində olan imkanlarından hamısını istifadə etməyə çalışacaq. Hesab edirəm ki, bu, tufanqabağı sakitlikdir."

"Rusiya və Ermənistanda seçkilər demək olar ki, eyni ərəfədə keçirilir. Ölkəmizdə də seçkilərin növbədənkənar olaraq aprelə salınması bunu deməyə əsas verirmi ki, Azərbaycan bir növ təhlükəsizliyini təmin etmək fikrindədir" sualına cavabında ekspert bildirdi ki, seçkilər qabağa çəkilməsəydi, hər kəs oktyabra kimi seçki proseslərinə indeksləşəcəkdi, fikirlər tam şəkildə ora cəmləşəcəkdi və 2018-ci il seçki ili kimi tarixə qovuşacaqdı: "Seçkilərin aprelə salınması ilə sonrakı dövrdə aktiv proseslərə, xüsusilə həm ölkədaxili islahatları həyata keçirmək, həm Dağlıq Qarabağla bağlı intensiv sülh danışıqlarına başlamaq, bu baş tutmadıqda isə ərazi bütövlüyü ilə bağlı problemlərin həllinə girişmək daha asan olacaq."

Məqalədə : Qabil Hüseynli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
59

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
67

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
92

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
990

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1361
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 03:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru