Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2018
15:27
3953
Sürücülərin DİQQƏTİNƏ! Təcili-yardımın kameraları çəkir

Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Amma bu respublikanın bütün təcili tibbi yardım maşınlarına aid edilməyəcək. Bu yenilik Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına aiddir.

FaktXeber.com məlumat verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə əlaqəli süjet hazırlayıb.

Mirələm Cəlalov - Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi: “Həmin kameralar internet üzərindən canlı olaraq dispetçer məntəqəsiylə bağlantı yaradır. Bizim burada oturan dispetçer vəziyyətə nəzarət edəcək”.

Kameralar vasitəsilə hadisənin miqyası qiymətləndiriləcək. Qəza, yaralılar, ağır vəziyyətlər olarsa GPS naviqasiya vasitəsilə həmin yer müəyyən edilir və əlavə həkim briqadasını qəza yerinə göndərir. Bunun üçün artıq məşhur texnoloji şirkətlərlə danışıqlar aparılır. Hansı ki, onlar təcili tibbi yardım maşınlarında kameralar quraşdıracaqlar.

Bu təcrübədən xarici ölkələrdə geniş istifadə olunur. Təcrübəyə digər təcrübəni də əlavə etmək olar. Məsələn quraşdırılacaq kameralar həkimlərə, qəzaya nəzarət etmək üçündür. İnsanlara yerində yardımı nəzərdə tutur. Digər tərəfdən təcili yardım maşınına yol verməyən digər sürücüləri də qeydə ala bilər.

Ərşad Hüseynov - Nəqliyyat eksperti: “Müəyyən olunsa ki, yol verə bilərdi, lakin bilərəkdən yol verməyib, o zaman bu barədə tədbir görülə bilər”.

Bəli, bu da lazımdır. Çünki təcili tibbi yardıma yol verməyən sürücülər var. Və bu hal da qanunla tənzimlənir. Kamera görüntüsü bazaya yönlənsə polisə də məlum olar ki, təcili tibbi yardım maşınına hansı sürücü yol vermir və onun cəzalandırar.

Digər bir məsələ, bəzi təcili yardım maşını sürücüsü tibbi maşını başqa məqsədlər üçün istifadə edir. Bax buna da kameralar vasitəsilə nəzarət olunar. Təcili çıxışda olmayanda qəza səsləri verməz, sürət həddini aşmaz.

Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılması regionlarda ona görə olacaq ki, böyük qəzalar magistral yollarda, bölgələrə yaxın ərazilərdə baş verir. Bu yenilik 2018-ci il üçün nəzərdə tutulub. Yəni tezliklə həyata keçiriləcək.

Məqalədə : Təcili yardım 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
274

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
166

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
248

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
183

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
195

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
178

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
198
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru