Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2018
13:56
2868
QAT: ABŞ-la diplomatik əlaqələr kəsilsin!

Qarabağ Azadlıq Təçkilatı (QAT) Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın ABŞ-a səfərinə sərt reaksiya verərək bəyanat qəbul edib.

Qurumun mətbuat xidmətindən FaktXəbər-ə daxil olan bəyanatda deyilir:

"Qarabağ Azadlıq Təşkilatı (QAT) Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın ABŞ-a dəvət olunmasını, onun ABŞ Konqresinin xarici əlaqələr üzrə komissiyasının üzvləri tərəfindən qəbul olunmasını, ABŞ rəhbərliyinin separatçı və terrorçu qurumun nümayəndələrinə bu cür isti münasibət göstərməsini qətiyyətlə pisləyir. ABŞ rəhbərliyi bu hərəkəti ilə işğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılan terrorçu və separatçı qurumu dəstəklədiyini, terrorçuluğu, separatizmi, etnik təmizləmə siyasətini himayə etdiyini göstərir. Biz həmişə demişdik ki, ABŞ işğalçı Ermənistanın yanındadır, münaqişənin ilk illərindən birmənalı şəkildə Ermənistanı müdafiə edib. ABŞ Konqresi hələ 1989-cu ildə ilk ermənipərəst qətnaməsini qəbul etmiş, sonra bədnam 907-ci düzəlişi ortaya gətirmiş və bütün sonrakı illərdə bu siyasətini davam etdirmişdir. ABŞ artıq məkrli siyasətini gizlətmir və işğalçı Ermənistanın tərəfində olduğunu açıq şəkildə nümayiş etdirir. Biz hesab edirik ki, Azərbaycan ABŞ-la münasibətlərinə yenidən baxmalı, ABŞ-la diplomatik əlaqələrini dayandırmalı, ABŞ-ın Minsk qrupunun həmsədri kimi fəaliyyətinə xitam verməlidir."

Məqalədə : ABŞ Konqresi Bako Saakyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
543

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
373

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
238

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
196

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
193

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
328

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
399
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 04:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru