Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2018
12:24
`Əhalini pis vəziyyətə qoya bilərik`

Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Modern.az-ın məlumatına görə bunu Daşınar əmlakın yüklülüyünün dövlət reysterinin təqdimatı zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Deputat diqqəti Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinə yönəldib:

"Palata yarananda biz çox narahat idik. Bir çox ölkələrin təcrübələri araşdırıldı, öyrənildi və bu gün geniş şəkildə tətbiq olunur". 

Z.Səmədzadə qeyd edib ki, sərt pul kredit siyasətinin tətbiqi bütün ölkələrin iqtisadiyyatı üçün əlverişsizdir: 

"Banklardakı vəziyyət bəllidir. Bizim dünya göstəticilərinə çatmağımız üçün zaman lazımdır. Ümumilikdə biz həddindn artıq istehlak kreditləri verməklə əhalini pis vəziyyətə qoya bilərik. Ona görə proses tənzimlənməlidir". 

Deputat deyib ki, aparılan tədbirlər vətəndaş-bank münasibətlərinin yüksəldilməsinə xidmət edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ziyad Səmədzadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 03:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com