Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2018
11:58
3213
İki nəfəri öldürən sürücü həbs edilib

Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən şəhər ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək insan ölümünə səbəb olan sürücünün cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, martın 12-də saat 02 radələrində Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi “Hyundai Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671  dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşması, nəticədə E. Həsənovun və sərnişin Quliyev Vüsal Vidadi oğlunun hadisə yerində vəfat etmələri faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi  başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə : Baş Prokurorluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
351

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
437

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
487

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
963

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
578

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
558
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru