Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2018
10:04
Rusiyalı polkovnikin zəhərlənməsi ilə bağlı yeni İDDİA

Böyük Britaniyada zəhərlənən Rusiyanın Dövlət Təhlükəsizlik İdarəsinin eks polkovniki Sergey Skripal və qızı Yuliya ilə bağlı yeni iddia ortaya atılıb. FaktXəbər-in verdiyi məlumata görə, rusiyalı polkovnik əslində Moskva tərəfindən deyil, məişət zəmnində qurbana çevrilib.

Sergey Skripalın qardaşı qızı olan Yaroslavl şəhər sakini 45 yaşlı Viktoriya mətbuata açıqlama verərək bildirib ki, hədəf əmisi yox, Yuliya olub. O, əlavə edib ki, əmisi qızı Yuliya gələcək qaynanası sayılacaq qadın tərəfindən qəbul olunmadığı üçün sui-qəsdə məruz qalıb: "Fikrimcə, bu, əmim Sergeyə qarşı yox, onun qızına qarşı idi. Qaynanası Yuliyanı qəbul edə bilməyib və satqının qızının elə satqın olacağını düşünüb. Metod qadınlar üçün də xarakterikdir. Qadınlar zəhərdən istifadə etməyi sevir və bu növ intiqamı daha münasib sayır".

Qeyd edək ki, Britaniyanın Solsberi şəhərində Sergey Skripal və onun qızı Yulıiya "Noviçok" adlı maddə ilə zəhərləniblər. Hadisədən sonra rəsmi London Rusiya əleyhinə sərt bəyanatlar səsləndirməyə başlayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Skripal 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com