Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2018
16:09
Con Kerri: `Vyetnam müharibəsində hərbi cinayətlərdə mən də iştirak etmişəm`

1965-1973-cü illərdə ABŞ-ın Vyetnama hücumu demək olar ki, hamı tərəfindən bilinən faktdır, lakin çox az adam nasist cinayətləri ilə müqayisə olunacaq  soyqırım aktlarından, dinc sakinlərin  məhvindən və ABŞ-ın  Vyetnamda kimyəvi silah istifadəsindən xəbərdardır.

FaktXeber.com bu gün Vyetnamda amerika əsgərlərinin insanlığa qarşı cinayətlərindən bir neçəsi barədə sizi məlumatlandıracağıq.

Beynəlxalq ictimaiyyət ABŞ Ordusunun və müttəfiqlərinin mütəmadi cinayətlərindən nadir də olsa xəbər tuturdu. Məsələn 1968-ci ildə  Sonqmi  kəndində həyata keçirilən kütləvi qətliam barədə 1 il sonra – 1969-cu ildə xəbər yayıldı. Cinayətin şahidi olan fotoqraf Ronald Xeberli bu barədə fotoları dərc etdi.

Müxtəlif məlumatlara görə, həmin vaxt 300-500 dinc sakin qətlə yetirilmişdi. Onların hamısı ölümqabağı işkəncələrə, qadınlar isə təcavüzə məruz qalmışdılar.

Kənddə qurulan memorialda 504 ad qeyd olunub – onların arasında 1-84 yaşlı insanların adları var…

İlk əvvəl  Sonqmi  işi ilə əlaqədar 80 amerikalının adı çəkilirdi. Onlardan 25-nə ittiham irəli sürülür. Hərbi tribunala isə cəmi 6 nəfər çıxarılır. Uilyam Kellidən başqa onların hamısı bəraət alır. Uilyam Kelli isə 22 nəfəri öldürdüyünə görə (400 nəfərdən artıq qurbanların caniləri bəs?) ömürlük  katorqa işlərinə məhkum olunur, lakin bir müddət sonra prezident Nikso nun fərman ilə onun cəzası ev həbsi ilə əvəzlənir, 1974-cü ildə ümumiyyətlə əfv olunur və azadlığa çıxır.

Nyu-York Tayms-da həmin vaxt dərc olunan məqalədə bildirilirdi ki, 101-ci  hava desant  diviziyasının  tərkibində «Tayqer Fors» kəşfiyyat bölməsi 1967-ci ildə əsir əsgər və dinc sakinlərin cəsədlərindən qulaqlarını kəsir və başının dərisini qoparırdı.

«Qadın və uşaqlar yeraltı bunkerlərdə bilərəkdən partladılırdı. Yaşlı kəndilər sahələrdə işləyən zaman güllələnmişdi. Əsirlər işkəncə olunur, sonra isə edam edilirdi – onların qulaqları kəsilir və başlarının dərisi qoparılır, suvenir kimi saxlanılırdı. Əsgərlərdən biri edam olunmuş dinc sakinin qızıl dişini qoparmışdı.»

NBS saytının videoları arasında ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin 1971—ci ildə bununla bağlı bəyanatını tapmaq olar.

«Burda qəddarlığın büğtün növləri var idi və mən demək istəyirəm ki, bu cinayətlərdə əli olan minlərlə digər əsgərlər kimi, bəli, mən də onların bəzilərində iştirak etmişəm. Mən azad atəş zonalarında atışmada iştirak etmişəm… 50 çaplı pulemyotlarla təchiz olunmuşduq  və insanlara qarşı istifadə etməyə səlahiyyət verilmişdi.

Mən düşmənlərin  axtarışı və məhvi əməliyyatlarında, həmçinin  kəndlərin yandırılmasında iştirak edirdim. Bu müharibə qanunlarına və Cenevrə konvensiyalarına  zidd idi və bütün bunlar Amerika hökumətinin ən yuxarı instansiyalarının yazılı siyasətinə uyğun həyata keçirilirdi. Və hesab edirəm ki,  azad atəş zonalarının fikirləşən  insanlar, bizə əmr verənlər, ərazilərin bombalanması barədə susanlar elə müharibə  canilərinin özləridir».

ABŞ üçün Vyetnamda ən böyük problem  keçilməz cəngəlliklər idi, hansı ki, yerli  partizanlar və Şimali Vyetnam  Ordusunun əsgərləri rahatlıqla gizlənə bilirdilər. Bu faunın məhv edilməsi üçün kimyəvi zəhərlərdən istifadə olunmağa başlandı. Zəhər  gətirildiyi çənlərin rənginə uyğun olaraq «Aqent oranc», əməliyyatın özü isə «Ranch Hand» adını aldı.

Müharibə ərzində  ABŞ Cənubi Vyetnam  ərazisinə 44 milyon litri dioksin olmaqla, 72 milyon litr  «Agent Orange» defoliantı səpdi. Dioksin  su və qida ilə insan orqanizminə düşdükdə müxtəlif ciyər və qan xəstəlikləri, yeni doğulan körpələrdə eybəcərlik (kütləvi şəkildə)  və hamiləliyin normal gedişinin pozulmasına gətirirdi. Amerika hərbçilərinin defoliantların istifadəsinə görə müharibədən sonra on minlərlə insan həyatını itirdi. Ümumilikdə  bütün Vyetnamda defoliant qurbanlarının sayı 4,8 milyondan artıq idi.

Müəlliflər yazırlar: «Belə görünür ki, dioksinin  istifadəsinin effekti belə görünür ki, heç bir zaman bitməyəcək. Artıq 40 ildən artıqdır ki, dioksinin səpilməsi dayanıb, buna baxmayaraq hər il  minlərlə uşaq «Agent Oranc»la birbaşa əlaqəli olan ağır zxəstəliklərlə doğulurlar. Hətta həmin dövrlərdə uşaq olanlar və öz üzərində zəhərin təsirini hiss etməyənlər, 30 ildən sonra dünyaya uşaq gətirəndə onun əlil olduğunu görür».

Demək olar ki, bütün manqra meşələri (500 min ha.) məhv edilmiş, 60 faiz (təqribən 1 mln. ha) cəngəllik və 30 faiz (100 min ha.-dan artıq)düzənlik meşələri zərər görmüşdü. 1960-cı ildən etibarən kauçuk plantasiyalarının məhsuldarlığı 75 fatz azaldı. Amerika qoşunları  40-100 faiz arası banan, düyü, şirin kartof, papaya, pomidor sahələrini, 70 faiz  kokosplantasiyalarını, 60 faiz heveya, 110 min ha kazuarin  plantasiyalarını məhv edib.

Kimyəvi maddələrin istifadəsinə görə Vyetnamın ekoloji balansı ciddi surətdə dəyişdi. Zərə çəkən rayonlarda 150 nböv quşdan cəmi 18 növ qaldı, suda-quruda yaşayanların və həşəratların demək olar ki, hamısı məhv oldu, çaylarda balıqların sayı kəskin azaldı.

Torpağın mikrobioloji tərkibi dəyişdi, bitkilər zəhərləndi. Nəmli tropik meşələrdə kol-ağac növlərinin sayı azaldı: zərərçəkən rayonlarda  tək-tük ağac növləri və bir  neçə növ tikanlı ot növləri qaoldı, hansı ki, mal-qara yemlik kimi ondan istifadə edə bilmirdi.

Vyetnamda faunanın dəyişməsi ilə Cənub və Cənub Şərqi Asiyada vəba daşıyıcısı olan qara siçovullar, həmçinin təhlükəli xəstəlik yayan gənələr bura toplandı. Dəyişiklik həmçinin  ağcaqanadlarda da izsiz ötüşmədi: zərərsiz ağcaqanad endemik əvəzinə  malyariya daşıyıcıları olanları gəldi. 

1967-ci ilin may ayının 10-da  ABŞ-ın Vyetnamda hərbi cinayətləri tribunasının ilk sessiyası keçirildi: 

"Hərbi reydlər sırasında  minlərlə dinc sakin öldürülüb və bu məhv etmə mütəmadi, sistematik davam edirdi. Bəzi dəqiq Amerika mənbələrinə istinadla demək olar ki, müharibə başlayandan bəri 250000 uşaq öldürülüb, 750000-i isə yaralanıb və əlil qalıb. Senator Kennedinin  31 oktyabr 1967-ci ilə aid hesabatında ayda 150000 yaralıdan söz açılır. Kəndlər yerlə bir edilib, əkin sahələri məhv edilib, təsərrüfat infrastrukturu  dağıdılıb. Bütöv kəndlərin sakinlərlə birlikdə  məhvi bavrədə məlumatlar var. Amerikalılar həmçinin azad atəş  zonası müəyyənləşdirmişdilər ki, burda hərəkət edən hər bir şey düşmən obyekt kimi qiymətləndirilib. Başqa sözlə, hərbi məqsəd bütün sakinlərdir. Amerika  mənbələrinə görə, Vyetnam sakinlərinin 1/3-i öz ev eşiklərindən çıxarılaraq, bu gün «yeni həyat kəndləri» adlanan yaşayış məntəqərinə sürgün edilmişdi. Burada həyat şəraiti isə konsentrasion düşərgə şərtlərinə yaxındır…" 

Qeyd edək ki, 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Top Secret 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 11:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com