Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2018
16:02
Putin sadə dağıstanlılarla görüşdü - VİDEO

Faktxeber.com məlumat verir ki, Rusiya prezidenti Vladimir Putin Dağıstan respublikasına işguzar səfər edib.

Dağıstanın rəhbəri Vladimir Vasilyevlə bölgənin sosial-iqtisadi məsələlərini müzakirə edən prezident Maxaçkala şəhərinin vətəndaşlarıyla da görüşüb.

Xatırladaq ki, bir neçə ay öncə Dağıstan respublikasının rəhbərliyinə gətirilən Vladimir Vasilyev məmur təbəqəsinə qarşı cinayət araşdırmalarına start verib. Dağıstanda aparılan genişmiqyaslı istintaq tədbirləri çərçivəsində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları bir sıra yüksək çinli məmuru saxlayıb. İstintaqın qənaətinə görə, saxlanılanlar sosial layihələr həyata keçirilərkən büdcə pullarını dələduzluq etməklə mənimsəyiblər. Tutulanlar sırasında Dağıstan hökumətinin başçısı Abdusamid Həmidov və müavinləri Şamil İsayev və Rayudin Yusifov, sabiq təhsil naziri Şahabas Şahov da var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Putin dağıstan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 04:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com