Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2018
14:15
`Kəpəz` azarkeşlərinə görə 4000 AZN cərimələndi

FaktXeber.com qurumun saytına istinadən yaydığı məlumata görə, buna "Qəbələ" ilə Topaz Premyer Liqasının XIX tur matçından sonra yerli azarkeşlərin qonaq komandanın avtobusunun şüşələrini sındırması səbəb olub. Bu hadisə "qırmızı-qaralar"ın Gəncə şəhər stadionunun ərazisini tərk etdikləri vaxt baş verib.

“Kəpəz” "Qəbələ"nin təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib. Bundan başqa Gəncə klubu qonaq komandaya dəymiş ziyana uyğun olaraq təqdim ediləcək hesab əsasında ödəniş edəcək.

Qeyd edək ki, oyun "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kəpəz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 09:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com