Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2018
12:35
3508
Ölkəmizə 818 milyard dollar ziyan dəyib - Hərbi Prokurorluq

"Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə kompleks məhkəmə ekspertizası təyin edilib. İlkin hesablamalara görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir".

Bunu azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib. O bildirib ki, bu günə qədər sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanis-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib: "Onlar barəsində həbs qətimkan tədbiri seçilib. Axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim olunub".

Şöbə rəisi qeyd edib ki, istintaq zamanı işlər üzrə ümumilikdə 75 mindən artıq istintaq hərəkəti icra edilib: "Onlardan 25 min nəfərə yaxın şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaqla, 6 min nəfərə yaxın şəxs isə şahid qismində dindiriliblər. 18 236 nəfər mülki iddiaçı qismində tanınıb. 1000-dən artıq müxtəlif növ ekspertizalar keçirilib. Hazırda qeyd edilən cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi işi davam etdirilir".

Məqalədə : Hərbi Prokurorluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
4

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
56

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
65

Sentyabrın 18-ə gözlənilən hava proqnozu

17

Sentyabr
13:02
ÖLKƏ
121

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
96

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
126
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 16:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru