Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2018
11:51
Tramp daha iki nəfəri işdən çıxarmağa hazırlaşır

ABŞ prezidenti Donald Tramp Reks Tillersondan sonra daha iki nəfəri vəzifədən kənarlaşdırmağı düşünür. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "New York Times" məlumat yayıb.

Nəşrin yazdığına əsasən, Tramp Administrasiyasını ən qısa zamanda tərk edəcək adlar arasında prezidentin milli təhlükəsizlik məsələri üzrə müşaviri Herbert Raymon Makmaster və ABŞ-ın veteran işləri üzrə naziri Devid Şulkin adları hallanır.

Buna qədər Ağ Ev rəhbəri ölkənin XİN rəhbəri Reks Tillersonu istefaya göndərib. Tillersonun istefa səbəbi onun İran mövzusunda Trampla fikir ayrılığına düşməsi, prezidenti verdiyi vədləri yerinə yetirməməkdə ittiham etməsi və hökumət adından bir neçə şəxsin danışmasını tənqid etməsi olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 08:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com