Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2018
09:34
2095
Vergiyə borclu qaldı, bağ evi satışa çıxarıldı

Vergilər Nazirliyi vergi borcuna görə Bakı şəhərində vergi ödəyicisinə məxsus bağ evi hərraca çıxarıb.

Nazirlikdən verilən məlumata görə, vergi ödəyicisi Hüseyn Bayramova məxsus Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 367 nömrəli bağ evinə 41 min manat qiymət qoyulub. Əmlak satılmadığından qiyməti 20% aşağı salınaraq 40,980 min manata endirilib.

Hərracda iştirak etmək istəyənlər əmlaklara görə 4098 manat beh verməlidir.

Bundan başqa, Şirvan şəhərində Əlirza Kərimova məxsus iki qeyri-yaşayış binası da hərraca çıxarılıb. Əmlaklara 45 min və 20 min manat qiymət qoyulub. Satılmadığından qeyri-yaşayış binalarının qiyməti 40% aşağı salınaraq müvafiq olaraq 27 min və 12 min manatadək endirilib. Hərracda iştirak etmək istəyənlər hər əmlaka görə müvafiq olaraq  2700 və 1200 manat beh verməlidir.

Məqalədə : Vergi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 00:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com