Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2018
08:12
`Sevilya` və `Roma` növbəti mərhələdə - VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib. 

“Mançester Yunayted” “Sevilya” səddini keçə bilməyib. Öz meydanından 2:1 hesabı ilə uduzan ingilislər növbəti mərhələyə yüksələ bilməyiblər. 

“Roma” isə səfərdə vurduğu bir qola görə öz meydanındakı minimal hesab onu qane edib.

Beləliklə, “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 komanda "Sevilya" və "Roma" oldu.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

13 mart

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) - 1:0

Qol: Dzeko, 52

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, “Olimpiya” stadionu

İlk oyun - 1:2

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) - 1:2

Qollar: Lukaku, 84 - Ben Yedder, 74, 78

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, “Old Trafford” stadionu

İlk oyun – 0:0

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "Sevilya" v 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 02:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com