Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
17:37
1317
Abşeron yarımadasında 9 göl bərpa olunacaq
Böyükşorun bir hissəsi qurudulacaq

"Təmiz Şəhər" ASC 2018-ci ilin ortalarına Böyükşor gölünün bərpasının ikinci mərhələsi çərçivəsində layihə işlərinə başlamağı planlaşdırır. Bu barədə ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov deyib.

O qeyd edib ki, layihənin birinci mərhələsi çərçivəsində artıq 300 hektar ərazi təmizlənib. 15 hektar ərazidə park və bulvar salınıb.

E.Abbasov əlavə edib ki, ikinci mərhələdə 800 ha ərazi təmizlənəcək: "Bundan 400 hektar sahə qurudulacaq. Belə olan halda, gölün ümumi sahəsi 700 hektar təşkil edəcək".

İdarə heyəti sədrinin sözlərinə görə, ASC-nin planlarında ümumilikdə Abşeron yarımadasındakı 9 gölün bərpası da var:

"Bundan başqa, cari ilin payızında Zığ gölünün 100 hektar sahəsinin bərpası üzrə layihə işləri başa çatdırılacaq". (Trend)

Məqalədə : Təmiz Şəhər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 14:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status