Afrində zərərsizləşdirilən terrorçuların sayı 3400 oldu

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
16:21
1865
Afrində zərərsizləşdirilən terrorçuların sayı 3400 oldu

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3400-ə çatıb.

FaktXəbər-in məlumatına görə, zərərsizləşdirilən terrorçuların sayını Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb.

Baş Qərargahın məlumatına görə, təkcə ötən gün ərzində Afrində 46 terrorçu məhv edilib.

Son məlumata görə, əməliyyat çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə : Afrin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 21:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com