Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
16:14
Suriyada təlim keçən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraq dövlətlərinin ərazilərində dini radikal qruplaşmanın təlim və döyüşlərində iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı H.Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsinə istəyib.

Daha sonra prosesdə hökm elan olunub.

Hökmə əsasən, H.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Əliyev Həsrət Əlihüseyn oğlu 2017-ci il oktyabrın 27-də saxlanılıb. O, İraq və Suriyada dini radikal qruplaşmanın tərkibində təlim keçməkdə təqsirləndirilib.(Trend)

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com