Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
15:59
BƏƏ Qətərlə barışır?
İki ölkə arasında birgə neft çıxarılması ilə bağlı razılaşma imzalanıb

Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yaponiya arasında "Əl-Bunduq" yatağından birgə neft çıxarılması və hasilatı ilə bağlı imtiyaz müqaviləsi imzalanıb. FaktXəbər-in məlumatına görə, müqavilədə Qətərin rəsmi neft şirkəti "Qatar Petroleum", BƏƏ hökuməti adından "Abu Dhabi National Oil Company" və Yaponiyanın Birləşmiş Neft Hasilatı şirkətinin adları keçir.

Qeyd edək ki, BƏƏ Qətərə qarşı 2017-ci ilin iyunundan bu yana təbiq olunan embarqodan sonra ilk dəfə rəsmi Doha ilə müqavilə imzalayıb.

"Əl-Bunduq" neft yatağı üçün ilk dəfə 1953-cü ildə Abu Dabi rəhbərliyi ilə "D'ARSİ Exploration Limited" şirkəti arasında imzalanan imtiyaz müqaviləsi bir neçə dəfə dəyişdirilib.
 
Sonuncu dəfə 1969-cu ilin martında Qətər və BƏƏ arasında neft yatağının bərabərhüquqlu istifadəsinə dair razılaşma əldə olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qətər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 20:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com