Dəmir yollarına investisiya qoyuluşu 5 mlrd. dollara çatdırılacaq

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
15:49
2168
Dəmir yollarına investisiya qoyuluşu 5 mlrd. dollara çatdırılacaq

2010-2020-ci illər ərzində Azərbaycan dəmir yolu təsərrüfatına 5 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulması nəzərdə tutulub. Artıq bu vəsaitin bir hissəsi yatırılıb. 

Bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Hicran Valehov deyib.

O, bildirib ki, bu investisiyaları beynəlxalq maliyyə institutları ilə birlikdə qoyulur. 

"Bakı-Boyük Kəsik dəmir yolu xətti yeniləndikcə elektrik sistemi sabit cərəyandan dəyişən cərəyana keçirilir. Ən uğurlu layihələrdən biri də 8,8km-lik Astara-Astara layihəsidir ki, bu zaman 82m korpü tikilib. Bu vaxta qədər 1 000-dən çox vaqon alınıb. Konteynerlərin alınması məsələsinə önəm verdiyimiz üçün bu il də bu işlərin davam etdirilməsini nəzərdə tuturuq. Artıq bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılıb".(Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 14:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com