Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
14:55
2933
Türkiyə Afrində ölən yaraqlılara mükafat verir

Türkiyə hökuməti Suriyanın Afrin bölgəsində PYD/YPG yaraqlılarına qarşı döyüşən "Azad Suriya Ordusu" (ASO) adlı silahlı qruplaşmanın üzvlərinə mükafat təyin edib. Belə ki, Türkiyənin ordusunun rəhbərlik etdiyi "Zeytun budağı" əməliyyatında öldürülən terrorçuların ailə üzvlərinə 30 min lirə (13 min 263 AZN) mükafat verilir.
 
FaktXəbər-in məlumatına görə, ASO rəsmisi Mustafa Sejari Twitter vasitəsilə müraciətində bildirib ki, Afrində ölən yaraqlıların arvadları və uşaqlarına Türkiyə vətəndaşlığı verilir, evli olmayanlarınsa valideynləri bu hüquqdan yararlanır.
 
Kürdlərlə döyüşdə ağır yaralanaraq əlil qalan ASO-çular isə Türkiyə hökumətinin ayrıdığı 15 min lirə (6631.5 AZN) mükafatı alırlar.

Məqalədə : Afrin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 18:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com