Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
12:46
1706
Builki Novruz təqvimi bir də 2035-ci ildə təkrarlanacaq

"Azərbaycanda bu il olduğu kimi ilaxır çərşənbə ilə Novruz bayramının eyni günə təsadüf etməsi sonuncu dəfə 2001-ci ildə baş verib. Bu hadisə bir də 2035-ci ildə qeydə alınacaq".

FaktXəbər-in məlumatına görə, bunu Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib.

X.Mikaylovun sözlərinə görə, Novruz çərşənbələri müəyyənləşdirilərkən yaz fəslinin ölkəyə gəliş tarixi mütləq şəkildə nəzərə alınır. Bəzi hallarda axır çərşənbə bayramdan 6 gün əvvələ keçirilir.

Mütəxəssis bildirib ki, əgər ilaxır çərşənbə yaz fəslinin başlanıldığı günə təsadüf edirsə və yazın gəlişi səhər saatlarında baş verərsə, onda həmin gün ilaxır çərşənbə deyil, bayram günü kimi qeyd edilməlidir: "Bu halda ilaxır çərşənbənin tarixi 6 gün əvvələ çəkilir. Yazın gəlişi axşam saatlarında, yəni gün batandan sonra baş verdikdə isə həmin gün həm ilaxır çərşənbə, həm də bayram günü sayılır və ilaxır çərşənbə Novruz bayramı ilə üst-üstə düşmüş hesab olunur".

X.Mikayılov əlavə edib ki, 2035-ci ildə də yaz fəslinin gəlişi gecə saat 23 radələrində baş verəcəyi üçün ilaxır çərşənbə ilə bayram günü tam olaraq, üst-üstə düşəcək.

Qeyd edək ki, bu il fevralın 27-də ilk çərşənbə - Su, martın 6-da Od, martın 13-də Yel, martın 20-də ilaxır çərşənbə olacaq. Bu il yaz fəsli ölkəyə martın 20-də saat 20:15:30-da gələcək.

Məqalədə : Novruz bayramı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 18:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com