Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
12:29
Əfqanıstanda narkoman qadınların sayında ŞOK rəqəm - 900 min

Əfqanıstan hakimiyyəti ölkədə narkotik aludəçisi olan vətəndaşların sayını müəyyələnşdirib. FaktXəbər-in "TOLO News"a istinadən verdiyi məlumata görə, Əfqanıstanda qadın və uşaqlar arasında narkomanların sayı 1 milyon nəfər təşkil edir.

Ölkənin Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, qadağan olunmuş psixotrop maddələrdən istifadə edən qadınlar 900 min nəfər olduğu təqdirdə, 10 yaşdan kiçik narkotik aludəçisi olan uşaqların sayı isə 100 minə yaxındır.

Yerli hökumət sayı cəmi 20 olan reabilitasiya mərkəzlərinin azlığından narahatlığını ifadə edib. Bildirilir ki, müəssisələrin əksəriyyəti yalnız kişilərin müalicəsi üçün nəzərdə tutulub.
 
Nazirliyin məlumatına görə, 34,5 milyon əhalisi olan ölkədə 2017-ci ildə narkomanların ümumi sayı 3 milyon nəfər təşkil edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əfqanıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 22:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com