Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
16:46
2412
XəzərTV əməkdaşının saxlanılması məsələsi barədə açıqlama yayıb

16.45 - XəzərTV əməkdaşı ilə bağlı yayılmış hadisə barədə açıqlama yayıb. Açıqlamada deyilir:

Bu gün report.az informasiya portalı "Xəzər" televiziyasının cənub bölgəsi üzrə müxbiri Elvin Əkbərovun Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb. Məlumat sonradan digər informasiya resurslarında və sosial şəbəkələrdə tirajlanıb. "Xəzər" televiziyası olaraq bəyan edirik ki, adıçəkilən portalın qeyd etdiyi kimi əməkdaşımızın həbs olunmasından və ya saxlanılmasından söhbət getmir. Sadəcə olaraq, Elvin Əkbərov səhər saatlarında əri tərəfindən döyüldükdən sonra öldüyü iddia olunan qadınla bağlı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında çəkiliş aparıb. Bu vaxt polis əməkdaşları ona yaxınlaşıb və çəkilişin mövzusu ilə bağlı məlumat verməsi üçün əməkdaşımız şöbəyə dəvət olunub. Bu zaman Elvin Əkbərov polis şöbəsinin rəisi, polis-polkovniki İslam Ümbətov ilə görüşüb və hadisə ilə bağlı ona məlumat verib. Daha sonra Elvin Əkbərov polis şöbəsini tərk edib.

Bir daha qeyd edirik ki, əməkdaşımız Elvin Əkbərovun saxlanılması və ya həbs olunması barədə məlumatlar tamamilə əsassızdır. Həmkarlarımızdan xahiş edirik ki, informasiya yayarkən peşə etikasının tələblərinə riayət etsinlər.

***

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş "Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Əkbərov sərbəst buraxılıb.

E.Əkbərov hazırda evindədir.

***

"Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda tutulub. E.Ələkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini, Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Ələkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. M.Qafarovanın yaxın qohumu "Report"a bildirib ki, M.Qafarova bi həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".(Report)

Məqalədə : Xəzər TV 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 14:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com