Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
11:22
Martın 15-də havanın temperaturu qalxacaq

"Martın 15-də ölkədə hava şəraiti mülayimləşəcək".

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, martın 13-14-də Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunacaq: "Rayonlarda da hava şəraiti yağıntılı keçəcək, bəzi rayonlarda yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Martın15-i gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunsa da, günorta saatlarında havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq". 

G.Məmmədovanın sözlərinə görə, bu gün və növbəti iki gündə ölkədə cənub-şərq küləyi əsəcək: "Martın 14-ü və 15-i günorta saatlarında küləyin sürəti arabir güclənəcək".

Havanın temperaturuna gəlincə, mütəxəssis bildirib ki, bu gün günorta saatlarında ölkə ərazisində havanın temperaturu 4-6 dərəcə arasında müşahidə olunsa da, martın 15-də tədricən yüksələrək 7-10-dərəcəyə çatacağı gözlənilir.(report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hava temperatur 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 16:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com