Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
10:45
`Burada kim öz trubasını tapsa, mükafat verilir` - VİDEO

Bakıda Koroğlu Rəhimov küçəsində yerləşən 53 nömrəli yataqxana üzərindəki hörümçək toruna bənzər borularla diqqət çəkir. Bu problem illərdir işıqlandırılsa da, sakinlərin şikayətinə hələ də cavab verən yoxdur.

Həmin binada yaşayan məcburi köçkünlər su borularının səliqəsiz düzülüşünə görə binanın qəzalı vəziyyətə düşdüyünü bildiriblər.

Onlar qeyd ediblər ki, 26 ildir bu binada belə vəziyyətdə yaşayırlar: “Binaya baxan, təmir eliyən yoxdur. Yalandan gəlib baxırlar, təmir edəcəyik desələr də,  sonra görünmürlər. Cavanımız, qocamız, uşaqlarımız, bir sözlə hamımız rütubətdən xəstəlik tapmışıq. Su boruları şəxsi hesabımıza quraşdırılıb. Elə quraşdırılıb ki, heç kim öz borusunu tanımır. Bəzən elə olur ki, boru partlayır. Onsuz da çətin vəziyyətdə yaşayırıq. Bir tərəfdən də bu problemlər güzəranımızı lap çətinləşdirir”.(Qafqazinfo)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : məcburi köçkünlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 12:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com