Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
09:02
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək. “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 komanda müəyyənləşəcək.

Günün ən diqqətçəkən matçında “Mançester Yunayted” “Sevilya”nı qəbul edəcək. İspaniyadakı qolsuz bərabərlikdən sonra cavab görüşünün nəticəsi böyük önəm kəsb edir. 

“Roma” isə ilk görüşdəki məğlubiyyətin əvəzini “Şaxtyor”dan çıxmağa çalışacaq. Ancaq Ukrayna təmsilçisinin 2018-ci ildə keçirdiyi 5 rəsmi qarşılaşmanın hamısında qələbə qazandığını da vurğulamaq lazımdır. 

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

13 mart

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, “Olimpiya” stadionu

İlk oyun - 1:2

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, “Old Trafford” stadionu

İlk oyun – 0:0

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Çempionlar Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 03:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com