Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
08:12
`Sülhün təminatçısı` dünyaya ən çox silah satan imiş

Özünün qabaqcıl müdafiə sənayesini yaratmağa müvəffəq olmayan Hindistan xaricdən ən çox silah və hərbi texnika alan ölkədir.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun yaydığı hesabatda bildirilir ki, Hindistan 2013-2017-ci illərdə bütün dünyada silah idxalında 12 faizlik payla birinci olub. Hesabatda qeyd olunur ki, Hindistanın silah ixracında 2008-2012-ci illər və 2013-2017-ci illər arasında 24 faizlik artım müşahidə olunub. Bu ölkənin əsas silah və hərbi texnika aldığı dövlətlər Rusiya (62 faiz), ABŞ (15 faiz) və İsraildir (11 faiz).

Dünyada ən çox silah alan ölkələrin ilk onluğunda Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Avstraliya, Əlcəzair, İraq, Pakistan və İndoneziya qərarlaşıb.

İnstitutun hesabatına əsasən, 2013-2017-ci illər üzrə dünyada silah ixracında ABŞ 34 faizlik payla liderlik edib. Sonrakı yerləri Rusiya, Fransa, Almaniya və Çin tutur. Əvvəlki dövrlərlə müqayisədə ABŞ-ın, Fransanın və Çinin silah satışı artıb, Rusiya və Almaniyanın ixracı isə azalıb. Özünün silah ixracında nəzərəçarpacaq artıma nail olan ölkələr arasında Türkiyə (145 faiz), Cənubi Koreya (65 faiz) və İsrail (55 faiz) öndə gəlir.

Bütün dünya üzrə silah idxalının 32 faizi bir çox hərbi münaqişələrin və toqquşmaların yaşandığı Yaxın Şərqin payına düşür. Bu regiona 2013-2017-ci illərdə idxal edilən silah və hərbi texnika 2008-2012-cü illərlə müqayisədə 2 dəfədən çox artıb.

Maraqlıdır ki, özünü daim olaraq "dünyada sülhün təminatçısı" adlandıran bütün dünyada silah ixracının 1/3-nə sahibdir. Bu siyahıya digər hegemonlar - Rusiya, Almaniya və Fransanı da əlavə etsək, dünyada sülhə kimlərin zamin olduğu daha aydın nəzərə çarpar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : silah ixracı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 03:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com