Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
16:05
XİN: Azərbaycan Ordusunun təlimi ATƏT sənədinə uyğundur

"Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistanın Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana Sənədi əsasında öhdəliklər daşıması deyəsən indi yadına düşüb".

Bu sözləri Faktxeber.com-a açıqlamasında Ermənistan XİN-in Azərbaycanda keçirilən hərbi təlimlə bağlı açıqlamasını şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.  

O bildirib ki, BMT Nizamnaməsi, Helsinki Yekun aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Ermənistan Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib: “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir.

Vyana sənədi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi canlı qüvvə, hərbi texnikanın sayı və dislokasiya yerləri, həmçinin Ermənistan prezidentinin iştirakı ilə işğal olunmuş ərazilərdə keçirdiyi hərbi təlimlər barədə heç bir məlumat vermir. Bu qüvvələri Vyana sənədi üzrə müvafiq inspeksiyalardan gizlədilir”.

XİN rəsmisi əlavə edib ki, 2014-cü ilin noyabrında dövlət başçılarının Paris görüşündən sonra Ermənistanın 40.000-dən artıq şəxsi heyətin, minlərlə hərbi texnikanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsi, Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterlərinin Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində hücum manevrləri etməsi Ermənistanın riyakarlığının və öz öhdəliklərini kobud şəkildə pozmasının növbəti açıq nümunəsidir: “Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərində həyata keçirilən təlim ATƏT-in Vyana 2011 sənədinin V fəslinin müddəalarına uyğundur”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ATƏT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 12:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com