Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
15:48
Ermənistan təlimlərdən narahat olaraq açıqama verdi

Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlim rəsmi İrəvanda narahatlıq doğurub. FaktXəbər-in verdiyi məlumata görə, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan Twitter səhifəsində yazıb ki, Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəlikləri pozaraq, hərbi təlimlər başlayıb.
 
"Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat qarşısında öhdəliklərini pozaraq və ATƏT üzvlərinə məlumat vermədən genişmiqyaslı hərbi təlimlərə başlayıb",-deyə Tiqran Balayan qeyd edib.

Məlumat üçün bildirək ki, Azərbaycan ordusunun keçirdiyi təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlər martın 17-dək davam edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ordumuz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 20:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com