Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
15:31
Bakı polisi `Baron İbo` ləqəbli şəxsi saxlayıb

Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə FaktXəbər-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini Nicat Məmmədov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 bükümdə çəkisi 2,519 qram qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı N.Məmmədova narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o heroini İbrahim adlı tanımadığı şəxsdən alıb. Əməliyyat-axtarış tədbiri nəticəsində bir müddətdir ki, Balaxanı qəsəbəsi və ora yaxın ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən, "Baron İbo" ləqəbli İbrahim Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan zaman İ.Hüseynovun cibindən 2,308, yaşadığı evdən isə hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan 515 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə : Bakı polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3874

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 09:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru