Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
15:19
Şəhriyar Məmmədyarov favoritlərdən hesab olunur

Bütün dünyanın şahmat həvəskarlarının maraqla izlədiyi İddiaçıların turnirndə 2 ci tura yekun vurulub.

FaktXəbər-in məlumatına görə, həmyerlimiz Şəhriyar Məmmədyarov ilk turdakı parlaq qələbədən sonra bu dəfə heç-heçə edib, onun rəqibi isə güclü erməni şahmatçısı Levon Aronyan olun. Maraqlısı odur ki, mütəxəssislər məhz bu şahmatçıları turnirin əsas favoriti hesab edirlər. Həm Şəhriyar həm Aronyan son vaxtlar əla formadadılar və bu performans  onları turnirin digər rəqibləri ilə müqayisədə daha üstün durumda göstərir. Görünür məhz bu amili nəzərə alan şahmatçılar elə də böyük riskə getməyərək 24-cü gedişdə heç heçəyə razılaşdılar. Amma indidən məlumdu ki, bu cütün 9-cu turda oynayacaqları partiya çox gərgin keçəcək və turnir cədvəlinə çox ciddi təsir göstərəcək.

gün keçiriləcək 3-cü turda Şəhriyar qaralarla italyan əsilli amerikalı şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq. Karuana ilə Məmmədyarov indiyə qədər 19 dəfə üz-üzə gəliblər. Statistika Məmmədyarovun xeyrinədi , 7 qələbə 8 heç-heçə və 4 məğlubiyyət.

Turnir cədvəlinə gəlincə, iki turdan sonra Məmmədyarov, Karuana və rusiyalı Kramnik hərəyə 1.5 xal toplayaraq liderlər qrupunda yer alırlar.

Qeyd edək ki, yarışda ümumilikdə 8 şahmatçı mübarizə aparır. Turnir dairəvi sistemlə iki dövrədən ibarət keçirilir. Yarışda birinci pilləni tutan şahmatçı bu ilin noyabr ayında London keçiriləcək Dünya Çempionu adı uğrunda titulun hazırki sahibi norveçli Maqnus Karlsenin rəqibi olacaq.

2-ci tur   

Məmmədyarov (Azərbaycan)  - Aronyan (Ermənistan)    0.5 - 0.5

Qrişyuk  (Rusiya)  - So (ABŞ)                                               1 - 0

Dinq Liren (ÇİN)  - Karuana (ABŞ)                                      0.5 - 0.5

Kramnik  (Rusiya) - Karyakin (Rusiya)                               0.5 - 0.5

3-ci tur   12 mart

Karuana (ABŞ) - Məmmədyarov (Azərbaycan)

Karyakin (Rusiya) - Qrişyuk (Rusiya)

Aronyan (Ermənistan) - Kramnik (Rusiya)

So (ABŞ) - Dinq Liren (ÇİN).

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şəhriyar Məmmədyarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 08:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com