
“Təbriz” küçəsində əsaslı yenidən qurma işləri aparılması səbəbindən metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında avtomobilin hərəkəti məhdudlaşdırılıb. Ərazidə texnikalar işləyib, asfalt örtüyünü yeniləyirlər.
Məsələ ilə bağlı musavat.com-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir işləri yaxın günlərdə yekunlaşacaq: “Küçədə əsaslı təmir işləri aparılır. Ona görə də asfalt örtüyünün yeniləndiyi yerlərdə avtomobilin də hərəkəti məhdudlaşdırılır. Hazırda təmir görülən yerdə işlər yekunlaşandan sonra “Təbriz” küçəsinin digər hissəsi bağlanacaq. Ümumilikdə isə küçənin başdan-başa əsaslı şəkildə yenidən qurulması işləri aparılır. Orada nəqliyyatın hərəkəti intensivdir. Yol açıq olduğu zaman işləmək mümkün deyil. Nə qədər imkan oldusa, indiyə qədər yolu açıq saxlayıb, işlər görmüşük. Son mərhələ isə asfalt örtüyünün yenilənməsidir. Artıq bu işlər aparılan zaman yolu açıq saxlamaq çətindir. Ona görə də hazırda “Metropark”ın qarşısında keçən hissədə avtomobil yolunu bağlamışıq. Orada eyni zamanda yol dar olduğu üçün açıq olması mümkün deyil. Həmin ərazidə avtomobillərin hərəkətinin bərpası yaxın 2-3 gün ərzində mümkün olacaq. Digər hissələrdə isə təmir zamanı yol tamamilə bağlanmayacaq. Çünki digər yollar genişdir və bu səbəbdən də yolun yalnız bir hissəsi bağlanacaq, təmir işləri görüləcək. Yolun digər hissəsində isə ikitərəfli istiqamət təmin olunacaq. Daha sonra təmir edilən hissə açılacaq, yolun digər hissəsi bağlanacaq. Yəni hərəkət yalnız tam şəkildə “Metropark”ın qarşısında bağlanıb”.
A.Nəcəfli bildirib ki, "Təbriz” küçəsinin uzunluğu 3.5 km, hərəkət hissəsinin eni isə ortalama 16 metr təşkil edir: “2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür. Küçəni uzun müddət təmir olunmaması, yolun hərəkət hissəsində çökmələrə və deformasiyalara gətirib çıxarmışdı. Bu isə intensiv hərəkətə maneə yaradırdı. Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq”.

Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
20
Aprel
İrana qarşı sanksiyaları dəstəkləyən ABŞ jurnalistləri ölkəyə buraxılmaya bilər
20
Aprel
Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
20
Aprel- 20-04-2021 14:10 Yağış yağacaq, güclü külək əsəcək
- 20-04-2021 12:22 Yol polisi reyd keçirdi: 200-ə yaxın şəxs cərimələndi - FOTO
- 20-04-2021 12:00 İlham Əliyev Hacıqabuldadır
- 20-04-2021 09:59 Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
- 19-04-2021 16:49 Şuşada İsa bulağının ərazisinə elektrik enerjisi verilib
- 19-04-2021 16:48 Son sutkada yoluxanların sayı açıqlandı
- 19-04-2021 15:56 Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
- 19-04-2021 15:54 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı
- 19-04-2021 13:35 Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
- 19-04-2021 13:13 Sabahın hava proqnozu açıqlandı
- 19-04-2021 12:45 Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi
- 19-04-2021 12:30 Azərbaycanda nə qədər insan taksidən istifadə edib?
- 19-04-2021 11:41 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
- 19-04-2021 11:11 Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ
- 19-04-2021 10:58 Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu
- 19-04-2021 09:19 Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir - FOTO
- 17-04-2021 13:15 Ramana və Sabunçu qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
- 17-04-2021 12:31 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 17-04-2021 11:52 Bakıda top mərmisi aşkar edilib - FOTO
- 17-04-2021 10:40 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI
- 17-04-2021 10:20 Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
- 16-04-2021 16:29 Bağçalarda 2 milyonluq yeyinti məlumatları haqda - Rəsmi açıqlama
- 16-04-2021 16:21 Azərbaycandan deportasiya olunan əcnəbilərin sayı açıqlanıb
- 16-04-2021 16:06 MilliÖN terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı
- 16-04-2021 15:18 Həkimdən xəbərdarlıq: Uşaqlarınızda bu əlamətlər varsa... - VİDEO