Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
15:09
1746
Terrorçuların gizli kimyəvi emalatxanası tapılıb

Suriya ordusunun Şərqi Quta bölgəsində apardığı əməliyyatlar zamanı terrorçulara məxsus kimyəvi sursat istehsal edən emalatxana aşkar edilib. FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, bu barədə ictimaiyyətə Suriya ordusunun polkovniki Firuz İbrahim məlumat verib.

O, bildirib ki, kimyəvi sursat istehsal etmək üçün istifadə olunan emalatxananı ordu qüvvələri Aftris kəndində tapıblar.
 
"Yəqin ki, hökumət qüvvələrini kimyəvi silah istifadə etməkdə günahlandırmağa qarşı bir təxribat həyata keçirmək üçün həmin sursatlar istehsal olunurdu",-deyə suriyalı polkovnik əlavə edib.

Qeyd edək ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) bundan əvvəl Suriyadakı bütün kimyəvi silahların məhv edildiyini təsdiqləmişdi.
 
Suriya Xarici İşlər Nazirliyi isə Şərqi Qutadakı terrorçuların hökumət qüvvələrini günahlandırmaq üçün kimyəvi silah istifadə edəcəkləri barədə xəbərdarlıq etmişdi.

Məqalədə : Şərqi Quta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com