Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
14:20
MTRŞ: Ekstrasenslər tamaşaçıya hörmətsizlik edir

"Müzakirə verilişlərində, tok-şoularda ciddi, ictimai əhəmiyyət kəsb edən mövzuların müzakirəsi zəruridir və buna tamaşaçının ehtiyacı var. Kim deyirsə, belə mövzular tamaşaçı üçün maraqlı deyil, səhv edir".

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, cəmiyyətdə ekstrasenslər, öncəgörənlər də kimlər üçünsə maraqlıdır: “Aktuallıq kəsb edərsə, ciddi ekspertlərin iştirakı ilə belə mövzuları da hərdən müzakirəyə çıxarmaq olar. Lakin bu, davamlı şəkil alanda başqa meyllər hiss olunur. Hazırda bəzi telekanallar bu mövzuları reytinq xatirinə mütəmadi olaraq gündəmdə saxlamaq xətti seçib. Hətta bəzən aparıcıların da buna məcbur olduğu müşahidə edilir. Çünki onlardan reytinq  tələb olunur. Əlbəttə, bu, xoşagələn hal deyil. Lakin elə kanallar da var ki, onların efirində qətiyyən belə hallar yaşanmır. Deməli, “ekstrasens”lərsiz də reytinq yığmaq olar".

T. Dadaşov qeyd edib ki, xüsusən "Space" telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində son vaxtlar cəmiyyətdə ekstrasens, şəfaverici kimi tanınan bəzi şəxslər tez-tez görünür: "Bütün hallarda onlar efirə tez-tez çıxdıqca, reklam olunurlar. Bəzən həmin ekstrasenslər insanların sağlamlığında özlərini həkimlərdən daha vacib rol sahibi kimi təqdim edirlər. Təəssüf ki, aparıcılar da ekstrasenslərin təkəbbürlü çıxışlarının qarşısını almağa çalışmırlar. Bu da onların əl-ayağını açır. Özlərinə ekstrasens deyən həmin şəxslər son vaxtlar özlərini o dərəcədə arxayın hiss edirlər ki, efirdə tamaşaçıya, iştirakçıya hörmətsizlik edir, yersiz emosionallıq, efir etikasına zidd davranışlar sərgiləyirlər. Bütün bunlar ciddi narahatlıq yaradır. Sanki kanalların, aparıcıların həmin “ekstrasens”lərdən asılılığı təəssüratı yaranır. Bu cür hallar monitorinqlərin predmetidir və mütəmadi olaraq Şura rəhbərliyinə məruzələr edilir". 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ekstrasens 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 03:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com