Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
12:40
Prezident Gürcüstan baş naziri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.  

Təkbətək görüşdə ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. 

***

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

G.Kvirikaşvilini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. 

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirilməsi planlaşdırılır.

G.Kvirikaşvili azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşəcək, daha sonra iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Baş nazirin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinə hökumət başçısının birinci müavini, iqtisadiyyat və davamlı nkişaf naziri Dmitri Kumsişvili, baş nazir müavini, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, palament sədrinin müavini, Azərbaycan ilə parlament dostluq qrupunun sədri Zviad Dzidziquri və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxildir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Siyasət 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 16:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com