Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
12:29
Pentaqon: Dəməşqin kimyəvi silah istifadə etdiyi barədə sübut yoxdur

Suriya Silahlı Qüvvələrinin ərəb Reuspublikasının ərazisində  kimyəvi silah istifadə etdiyi barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettisin əlində sübut yoxdur. FaktXeber.com-un TASS –a istinadla verdiyi məlumata görə, bu barədə o, Oman səfəri zamanı təyyarədə jurnalistlərə müsahibəsində bildirib.

Xatırladaq ki, 2017-ci ilin aprel ayında ABŞ Suriya qoşunlarını Xan Şeyxunda kimyəvi silahlardan istifadə etməkdə günahlandırmıqdı. Rəsmi Dəməşq isə bunun silahlı müxalifət tərəfindən təşkil olunduğunu bildirirdi. Öz növbəsində aprelin 7-də  ABŞ HHQ Suriyanın Homs əyalətində  hərbi aerodroma  raket zərbələri endirmişdi.

Repartyorlarla müsahibəsində nazir iki dəfə sübutlarının olmadığını təkrarlayıb.

Xatırladaq ki, bir müddət öncə Suriya prezidenti Bəşər Əsəd Qərbin kimyəvi silah mövzusunu aviazərbələr üçün bəhanə qismində istifadə etdiyini bildirmişdi: «Bu, Suriya Ordusuna aviazərbələr endirmək üçün bəhanə kimi istifadə olunan şantajdır».

Rusiya Müdafiə Nazirliyinin  Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Mərkəzi bir müddət öncə terror qruplaşmalarının rəsmi Dəməşqi  qadağan olunmuş maddələrin istifadəsində ittiham etmək üçün  Şərqi Qutada  kimyəvi silahların istifadəsi ilə provokasiyalar hazırladığı barədə xəbər vermişdi.

Bundan başqa "Ağ dəbilqəlilə"rin Şərqi Qutadakı  studiyasında çəkilən fotolar sosial şəbəkələrə sızıb. Kadrlarda Bəşər Əsəd hökumətini kimyəvi hücumda ittiham etmək üçün yeni  təxribat prosesi əks olunduğu bildirilirdi. Fotolarda Suriyanın hökumət qoşunların tərəfindən guya həyata keçirilən «kimyəvi hücumların» səhnə çəkilişləri əks olunmuşdu.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : kimyəvi silah 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 03:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com