Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
11:40
Şimal rayonlarına 7 santimetrədək qar yağıb

Martın 12-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb.

Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. 

Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetr təşkil edir.

Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.(azertac)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qar yağıb 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 03:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com