Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
10:27
3374
Qəzaya düşən Türk təyyarəsinin `qara qutu`su tapıldı
Qurbanlardan biri aviakompaniyanın rəhbərinin qızıdı

İranda qəzaya uyğrayan  Türkiyə təyyarəsinin "qara qutu"su aşkarlanıb. FaktXeber.com-un İRNA-ya istinadla məlumatına görə, bu barədə Çaharmahal və Bəxtiyari əyalətiinin qubertanor müavini  Cəfər Mərdani xəbər verib.

Bildirilir ki, "qara qutu"  istintaq üçün hdökumətə təhvil veriləcək. Həmçinin yaxın günlərdə  İrana  Türkiyə nümayəndələri və qəza qurbanlarının yaxınlarının gələcəyi bildirilir.

Qızıl Ayrapa Cəmiyyətinin axtarış xilasetmə xidmətinin  sədr müavini  Reza Zahiri isə xilasedicilərin hadisə yerinə gecə saat 03.00 radələrində çatdıqlarını və 8 cəsədin kimliyinin müəyyənləşdırdıklərini deyib.

Onun sözlərinə görə, cəsədlərdən 2-sinin kimliyi yanıq  və parçalanma səbəbindən müəyyən oluna bilinməyib, daha 1 nəfərin isə axtarışları davam edir.

Qeyd edək ki, qurbanlardan biri "Başaran Holding"in rəhbərinin qızı olub. O, rəfiqələri ilə Dubaydan partidən qayıdırmış.

Xatırladaq ki, dünən axşam saatlarında  Türkiyənin İstanbul şəhərinə getmək üçün  Birləşmiş Ərəb Əmirliyindən havaya qalxan  «Başaran Holdinq»ə aid xüsusi təyyarə, İranın cənub qərbindəki Çaharmahal və Bəxtiyari əyalətinin Şəhrikürd  şəhərinin Kiyar mahalında qazaya uğrayıb. Faciə nəticəsində 3-ü heyət üzvü olmaqla 11 nəfər həlak olub.

Məqalədə : təyyarə qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com