Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
08:53
Ötən gün 195 cinayət faktı qeydə alınıb, 38 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 195 cinayət faktı qeydə alınıb, onların da 36-ı “isti izlər”lə açılıb.

FaktXəbər-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Məqalədə : cinayət 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com