Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
08:29
2000
Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb - VİDEO

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

FaktXəbər-in "Report"a istinadən məlumatına görə, şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai" markalı avtomobillə "50-BY-671" dövlət qeydiyyat nişanlı "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər "Oka"nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələ ki, məlum olmayan sərnişinidir. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, "Hunday"ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə : qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com