Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2018
19:55
1883
Əfqanıstanda 20-dən çox polis öldürülüb

Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətində silahlıların hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı öldürülüb

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, silahlılar Balabuluk rayonunda təhlükəsizlik qüvvələrinin postlarına basqın ediblər. Hücum zamanı 18 asayiş keşikçisi həlak olub və üç əməkdaş oğurlanıb. Güc strukturlarının daha 6 əməkdaşı “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində vilayətin inzibati mərkəzi olan Fərəh şəhərində qətlə yetirilib.

2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması aktiv fəaliyyət göstərir.

Məqalədə : Əfqanıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com