Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2018
19:24
`Mançester` `Liverpul`u `Real` isə `Eybar`ı keçdi - VİDEO

Martın 10-da “Mançester Yunayted” – “Liverpul” matçı ilə futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turuna start verilib.

FaktXəbər-in məlumatına görə, “qırmızı şeytanlar” doğma meydanda - “Old Trafford” stadionunda gərgin idman mübarizəsi şəraitində keçən oyunda 2:1 hesabı ilə qalib gəliblər. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Matçın 14-cü dəqiqəsində Markus Raşford fərqlənib. Bu qoldan on dəqiqə sonra M.Raşford özünün və komandasının ikinci qolunu “Liverpul”un qapısından keçirib - 2:0. İlk hissə bu hesabla da başa çatıb.

Görüşün 66-ci dəqiqəsində “Liverpul” qollardan birinin əvəzini çıxıb. Mançesterlilərin müdafiəçisi Erik Baili avtoqol sayəsində “Liverpul”un hesab arasındakı fərqin azalmasında mühüm rol oynayıb - 2:1. Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb və matç “Mançester Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Yunayted” bu qələbədən sonra 65 xalla ikinci pillədəki yerini möhkəmləndirib. “Liverpul” isə 60 xalla üçüncü pillədə qərarlaşıb.

Premyer Liqaya aktivində 78 xal olan “Mançester Siti” klubu liderlik edir.

Çempionlar Liqasında PSJ-ni sıradan çıxaran "Real Madrid" isə İspaniya La Liqasının 28-ci turunda çətin "Eybar" səddini keçib.

Hesabı oyunun 34-cü dəqiqəsində Ronaldo açıb. 50-ci dəqiqədə isə İvan Ramis "Eybar"ın bərabərlik topunu vurub. 84-cü dəqiqədə isə birinci qolda olduğu kimi rəqibin top itkisindən istifadə edən "Real Madrid" yenidən Ronaldonun qolu ilə önə keçib. Oyun hər iki hissədə "Eybar"ın üstünlüyü ilə keçməsinə baxmayaraq, komanda forvard çatışmazlığından hesabda fərqlənə bilməyib.

"Real" bu qələbə sayəsində xallarını 57-yə çatdıraraq 3-cü sırada qərarlaşıb. "Eybar" isə 39 xalla 8-cidir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ronaldo 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 08:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com