Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2018
15:35
Milli Şura və Müsavat Partiyası mitinq keçirib - FOTO

17.00 - Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.

İdarədən verilən məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min  beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

***

15.35 - Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) birgə mitinq keçirir.

FaktXəbər-in məlumatına görə, mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.

Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, qurumun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev, Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Müsavat Partiyasının başqanı Arif Hacılı, partiya başqanının müavini Səxavət Soltanlı çıxış edəcək.

Məqalədə : Milli Şura 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48628

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46683

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48321

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47922

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53425

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47517

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47895
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 17:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru