Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2018
15:23
Daşınmaz əmlak bazarında qiymətlər artacaq

Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımının il ərzində davam edəcəyi gözlənilir. 

FaktXəbər-in məlumatına görə, bunu “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov "Report"a bildirib:

“Hazırda daşınmaz əmlak bazarında az da olsa artım var. Fevral ayının yekununa görə aylıq 1%-dən bir qədər çox, ilin əvvəli ilə müqayisədə isə 3%-dən çox qiymət artımı qeydə alınıb. Bu tendensiyanın il ərzində davam edəcəyi gözlənilir. Tədricən də olsa bəzi aylar istisna olmaqla, artım olacaq.”

Ekspertin sözlərinə görə, təkrar mənzil bazarında qiymət artımı yoxdur, hətta cüzi azalma var.

“İlkin mənzil  bazarında əhəmiyyətli qiymət artımı qeydə alınıb. Torpaq bazarında da mövsümi ayların gəlişi ilə bağlı olaraq az da olsa artım var. Amma kommersiya obyektləri bazarında qiymət artımı yoxdur. Hələ ki, stabillikdir”- N.İbrahimov qeyd edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Daşınmaz əmlak 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 15:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com