Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2018
13:32
2102
Türkiyə klubunun futbolçusu yığmamıza çağırıldı

Türkiyənin I divizion klubu olan “Samsunspor”un futbolçusu Üfiq Budaq Azərbaycan milli komandasına dəvət alıb.

FaktXəbər-in verdiyi məlumata görə, 28 yaşlı sol cinah müdafiəçisi martın 18-də XXVIII tur çərçivəsində “Boluspor”la oyundan sonra yığmanın düşərgəsinə qoşulacaq. 

O, martın 23-də Belarus, dörd gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Üfiq Budaq Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi üç il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmırdı.

Qurban Qurbanov ötən tur onun oyununu izləmək üçün köməkçisi Elçin Rəhmanovu Türkiyəyə yollasa da, futbolçu meydana çıxmamışdı. 

Məqalədə : Ufuk Budak 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 00:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com