Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2018
13:41
2850
Mətbut Şurasının rəhbərliyi seçildi - SİYAHI

Azərbaycan jurnalistlərinin bu gün keçirilən qurultayında Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib. Qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Həmçinin üzvlər  də müəyyən olunub.

Məlumatda bildirilib ki, iştirakçılara 232 zərf paylanıb, 229 zərf geri qaytarılıb.

Səsvermə nəticəsində  İdarə Heyətində jurnalistlər arasından 11 nəfər əsas, 2 nəfər əlavə heyətə seçilib.

Əsas heyətə Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev seçilib. 

İctimaiyyət nümayəndələrinin tərkibinə Vüqar Səfərli, Müşviq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayıloğlu, Yadigar Məmmədli seçilib. 

İnternet Portallarının tərkibinə isə Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov seçilib. Qurultayın sonunda yekun qətnamə qəbul edilib.

***

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin üzvlərinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib.

Bu barədə Şuranın VII qurultayında qərar qəbul olunub.

Dəyişikliklə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Beləliklə, İdarə Heyətinin 23 üzvü olacaq. Əvvəlcə bu rəqəm 17 idi.

Məqalədə : Mətbuat Şurası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com