Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2018
10:10
Bu gün Premyer Liqanın XIX tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq. Son oyun günü iki matç baş tutacaq. Əvvəlcə “Bayıl Arena”da debütant “Səbail” ilə “Sumqayıt” üz-üzə gələcək. Turnir cədvəlində 17 xalla 6-cı pillədə qərarlaşan meydan sahibləri ilk iki dövrədə rəqibinə qol vura bilməyib. Sumqayıtdakı görüş qolsuz heç-heçə ilə bitdiyi halda, 28 xalla 4-cü pillədə qərarlaşan qonaqlar səfərdə 2:0 hesabı ilə qalib gəliblər.

Həftənin mərkəzi oyunu “Azərsun Arena”da olacaq. Burada lider “Qarabağ”la “Zirə” qarşılaşacaq. Hazırda 45 xalla zirvədə qərarlaşan Ağdam klubu “üçlüyü” qapayan qəsəbə təmsilçisini 13 xal qabaqlayır. Üstəlik, bu komandaların çempionat oyunlarındakı statistik göstəricilərində də son çempionunun dominantlığı aşkar görünür. “Zirə” “Qarabağ”la əvvəlki 10 dueldə qələbə qazana bilməməklə yanaşı, son 4 səfər qarşılaşmasında qol da vura bilməyib.

Azərbaycan Premyer Liqası

XIX tur

10 mart (şənbə)

17:00. “Səbail” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Məhəmməd Məmmədov

“Bayıl Arena”

19:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Əli Hüseynov

“Azersun Arena”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Premyer Liqa 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 09:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com