Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
15:15
Ameliya Erhatın sirri 81 ildən sonra açıldı

Atlantik okeanını fəth edən ilk pilot qadın Ameliya Erhatın sirri 81 ildən sonra tapılıb. Belə ki, Nikumaroro Adasında  tapılan sümüklərin  1937-ci ildə uçuş sırasında bölgədə itkin düşən Ameliya  Erharta məxsus olduğtu ortaya çıxıb. FaktXeber.com-un BBC-yə istinadla verdiyi məlumata görə, bu barədə  ABŞ-ın  Tennessee Universitetinin pr. Riçard Xantz "Forensic Anthropology" nəşrində  yayımladığı araşdırmada bildirir. Onun sözlərinə görə, həmin dönəmdə  edilən araşdırmalara rəğmən  belə bir qənaətə gəliblər.

"Amelia Erhart və Nikumaroro Bones" başlıqlı araşdırmada  Havay adalarının təqribən 900 km  cənub qərbindəki  kimsəsiz adada  tapılan sümüklər modern ədliyyə tibbi texnikaların istifadəsi ilə yenidən incələndi.

Sümük qalıqları qorunmadığından  şəkillərlə aparılan araşdırmada, sümüklərin Erhart və köməkçisinin  boy və çəki ölçüləri ilə qarşılaşdırılıb. Erhartın  bədən ölçülərinin  skelet  qalıqları ilə uyğuen gəldiyi  məlum olub. 

Bundan başqa mütəxəssislər  sənədddəki və başqa fotoları anazil edərək  dikiş uzunluğunun  Erhartın bədən ölçüləri ilə uyğun gəldiyi məlum olub.

Nəticədə sümüklərin 99 faiz ehtimalla Erharta aid olduğu anlaşıldı.

Ameliya Erhart 1897-ci ildə ABŞ-ın Kanzas ştatında doğulub. Anası Emi Otis Erhart, atası isə Edvin Stenton Erhart idi. Erhart Birinci dünya müharibəsində tibb bacısı vəzifəsində çalışır. Müharibədən sonra hava nəqliyyatı ilə maraqlanmağa başlayır. 1928-ci ildə Atlantik okeanını sərnişin kimi keçən ilk qadın olur. 20-21 may 1932-ci ildə Nyufaundlenddən İrlandiyaya uçaraq Atlantik okeanını keçmişdir. ABŞ-ın bütün ştatları üzərində uçduqdan sonra 1935-ci ilin yanvar ayında Kaliforniyadan Havay adalarına uçur. 1937-ci ildə həmkarı Fred Nunan ilə birgə "Lokhid Elektra" modelli təyyarə ilə dünya turu səyahətinə başlayır. Ameliya Erhart Houlend adasına uçduğu müddətdə itkin düşür.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : pilot qadın 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 01:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com