Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
13:32
Ölkədə 2 milyon 113 min 849 təbii qaz abonenti var

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 113 min 849-a çatıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, 2018-ci ilin fevral ayı ərzində İB-də əhali sektoru üzrə 7 min 531 yeni abonent qeydiyyata alınıb. Bunun da 4 min 33-ü Bakı, Abşeron və Sumqayıt, 3 min 498-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 113 min 849-a çatıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : təbii qaz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 02:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com