Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
11:44
7122
Daxili İşlər Nazirliyi adından müdhiş fırıldaq - FOTO

Azərbaycanda ağıllı telefonlar vasitəsilə internetdən istifadə edənlər qəribə fırıldaqla qarşılaşırlar.

Hansısa vebsayta daxil olmaq istəyərkən istifadəçilər guya Daxili İşlər Nazirliyindən gələn xəbərdarlığı görürlər.

Fırıldaqçıların DİN-in adından göndərdiyi bildirişdə pornoqrafik saytlara daxil olanlardan 80 manat cərimə ödəməkləri tələb edilir və əgər 6 saat ərzində məbləğ ödənilməzsə cinayət işinin açılacağı deyilir.

Bildiriş mətnində qeyd edilən Cinayət Məcəlləsinin 137-ci maddəsi isə,  İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmənin qadağan edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.

/minval.info

Məqalədə : fırıldaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
296

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
152
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 08:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru